Azərbaycan yığması Belarusa qalib gəlib | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan yığması Belarusa qalib gəlib

09:51 - 14 / 06 / 2022
Azərbaycan yığması Belarusa qalib gəlib

Azərbaycan millisi növbəti oyununu keçirib.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, yığmamız Millətlər Liqasında II dövrəyə start verib.

İlk üç oyunda nəinki qələbəyə, hətta qola da həsrət qalan Canni de Byazinin yetirmələri Belarusla qarşılaşıb. Qrup autsayderlərinin görüşü sonuncu pillənin taleyi baxımından böyük önəm kəsb edirdi.

Keçirdiyi bütün matçlarda oyun keyfiyyəti baxımından rəqibindən geri qalmasa da, istəyinə çata bilməyən millimiz “Dalğa Arena”dakı qarşılaşmada azarkeşlərini sevindirməyi bacarıb. İlk yarıda rəqibin müqavimətini qıra bilməyən komandamız yalnız son dəqiqələrdə Mahir Emreli və Ramil Şeydayevin topları sayəsində qrupda ilk qələbəsini qazanıb və turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Bu, həm də yığmamızın turnirdə ilk qolları olub.

Qeyd edək ki, qrupun digər görüşündə Qazaxıstan Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək, liderliyini möhkəmlədib.

C liqası, 3-cü qrup
13 iyun

⚽ 20:00. Azərbaycan - Belarus - 2:0
Qollar:
Mahir Emreli, 76, Ramil Şeydayev, 90+3
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 18. Cəlal Hüseynov, 13. Abbas Hüseynov, 3. Azər Salahlı, 14. Eddi İsrafilov, 20. Riçard Almeyda, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Coşqun Diniyev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 16. Dmitri Nazarov, 17. Tural Bayramov, 19. Anton Krivotsyuk, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev
Baş məşqçi: Canni de Byazi
Belarus: 12. Pavel Pavlyuçenko, 4. Ruslan Xadarkeviç, 6. Sergey Politeviç, 2. Kirill Peçenin, 8. Qleb Şauçenka, 5. Vladislav Malkeviç, 3. Valeri Baçarov, 14. Yevgeni Yablonski (k), 9. Maks Ebonq, 21. Vladislav Klimoviç, 10. İvan Baxar
Ehtiyat oyunçular: 1. Yeqor Xatkeviç, 16. Maksim Plotnikov, 7. Artyom Bıkov, 11. Yeqor Boqomolski, 13. Dmitri Bessmertnı, 15. Ruslan Yudenkov, 17. Denis Qreçixo, 18. Pavel Sedko, 19. Dmitri Podstrelov, 20. Zaxar Volkov, 22. Roman Bequnov, 23. Valeri Qromiko
Baş məşqçi: Georgi Kondratyev
Baş hakim: Anastasios Papapetrou (Yunanıstan)
Bakı, “Dalğa Arena

1

Qazaxıstan

4

3

1

0

6-2

10

2

Slovakiya

4

3

0

1

3-3

6

3

Azərbaycan

4

1

1

2

2-3

4

4

Belarus

4

0

2

2

1-4

2

1news.az

Paylaş:
454

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər