FIFA “Neftçi”yə görə Tunis klubuna transfer cəzası qoyub | 1news.az | Xəbərlər
İdman

FIFA “Neftçi”yə görə Tunis klubuna transfer cəzası qoyub

09:23 - 16 / 06 / 2022
FIFA “Neftçi”yə görə Tunis klubuna transfer cəzası qoyub

Tunisin “Esperans” klubu FIFA tərəfindən cəzalandırılıb.

1news.az-ın yerli mətbuata istinadən məlumatına görə, adıçəkilən komanda qarşıdakı 3 transfer dönəmində heyətinə oyunçu cəlb edə bilməz.

Buna səbəb “Esperans”ın ilin əvvəlində transfer etdiyi Sabir Buqrin üçün “Neftçi”yə olan borcunu ödəməməsidir. Ali futbol qurumu tunislilərə vaxt qoyub. “Esperans” qısa müddətdə 1,5 milyon dinarlıq (826 min manat) transfer məbləğini Azərbaycan klubuna ödəyərsə, cəza ləğv edilə bilər.

Qeyd edək ki, Sabir Buqrin 2020-ci ilin yayından bu ilin yanvarına qədər “Neftçi”nin formasını geyinib.

1news.az

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər