Könül Nurullayeva AŞPA-da Prezidentin Qlobal Bakı Forumunda verdiyi sülh mesajlarını xatırladıb | 1news.az | Xəbərlər
Siyasət

Könül Nurullayeva AŞPA-da Prezidentin Qlobal Bakı Forumunda verdiyi sülh mesajlarını xatırladıb

Qafar Ağayev15:42 - 22 / 06 / 2022
Könül Nurullayeva AŞPA-da Prezidentin Qlobal Bakı Forumunda verdiyi sülh mesajlarını xatırladıb

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı daimi Nümayəndə Heyətinin üzvü Könül Nurullayeva qurumun yay sessiyasında “Avropada antisemitizmin qarşısının alınması və onunla mübarizə” mövzusunda çıxış edib.

Deputat ilk olaraq diqqəti koronavirus pandemiyasının yaratdığı böhranın etnik azlıq qruplarına qarşı irqçilik və ksenofobiya hallarının əhəmiyyətli dərəcədə artmasına səbəb olduğunu bildirib.

Qeyd edib ki, Avropada etnik ayrı-seçkiliklə mübarizə üçün həm beynəlxalq, həm də milli səviyyədə bir sıra qanunvericilik aktları qəbul edilsə də, təəssüf ki, bu problem hələ də qalmaqdadır və bu problemin həlli üçün yeni vasitələrə ehtiyac var.

Deputat diqqəti Azərbaycan təcrübəsinə yönəldərək qeyd edib ki, ölkəmiz müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dinc və birgə yaşadığı nümunəvi ölkələrdən biridir. 44 günlük müharibədən sonra regionda dayanıqlı sülh və əməkdaşlıq üçün əlverişli fürsət yaranıb: “Məlumdur ki, Azərbaycan 30 ilə yaxın müddətdə torpaqlarının 20 faizinin qonşu Ermənistan tərəfindən işğal olunmasından əziyyət çəkib və yalnız 2020-ci ildə baş verən 44 günlük müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə nail olub və regionda dayanıqlı sülh üçün əlverişli imkan yaranıb. K.Nurullayeva bir neçə gün əvvəl keçirilən 9-cu Qlobal Bakı Forumunda Pezident İlham Əliyevin səsləndirdiyi sülh mesajlarını sessiya iştirakçılarının da diqqətinə çatdırıb: “Azərbaycan hər zaman olduğu kimi, yaranmış yeni reallıqlar fonunda da öz ölkəsinin bütün əhalisinin hüquq və təhlükəsizliyini təmin edir və bu çərçivədə, Qarabağda yaşayan erməni əhalinin də hüquqları və təhlükəsizliyi nəzərə alınacaqdır. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Azərbaycanın paytaxtı Bakıda keçirilən 9-cu Qlobal Forumda dövlət başçımız da bir daha rəsmi şəkildə bəyan etdi ki, bizim Konstitusiyamıza görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər. Yəni, Azərbaycan hökuməti cəmiyyətdə olan sülh, müxtəliflik və harmoniyanın qorunması üçün ən mühüm sərvət olan multikulturalizm ənənələrinin inkişafı və möhkəmləndirilməsi strategiyasına sadiqdir.”

K.Nurullayeva həmçinin qlobal əhəmiyyətə malik bu məsələ ilə bağlı bəzi təkliflər də səsləndirib: “Hesab edirəm ki, irqi ayrı-seçkiliklə üzləşən qrupların təhsil müəssisələrində, siyasi partiyalarda, parlamentlərdə və digər dövlət xidmətlərində müvafiq şəkildə təmsil olunmasına nail olunmalıdır. Bundan əlavə, bu etnik qrupların nümayəndələrinə müxtəlif vasitələrlə iqtisadi fəaliyyətlə məşğul olmaq və məşğulluq səviyyələrini yüksəltmək imkanı yaradılmalıdır. Həmçinin, hesab edirəm ki, Avropa ölkələri Avropa Komissiyasının ötən il təqdim etdiyi antisemitizmlə mübarizə üzrə ilk Aİ Strategiyasına daxil edilmiş tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirməlidirlər. Sonda qeyd etmək istəyirəm ki, antisemitizmlə mübarizədə bütün fərdlər məsuliyyət daşıyır. Ona görə də biz ayrı-seçkiliyə son qoymalı, daha yaxşı cəmiyyət qurmalıyıq!”

Reklam hüququnda

Paylaş:
308

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər