Azərbaycanla Litva arasında saziş təsdiq edildi
Azərbaycanla Litva arasında yeni Saziş təsdiq edilib.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Bildirilib ki, bu saziş iki ölkə arasında iqtisadi əlaqələrin daha sürətlə inkişaf etməsinə töhfə verəcək.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
556