Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Qafar Ağayev12:49 - 15 / 07 / 2022
Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə görüşüb.

Nazirlər Kabinetindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla vurğulandı.

İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Həmçinin Azərbaycan-Gürcüstan əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olundu.

Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

Paylaş:
403

Son xəbərlər

Bütün xəbərlər