Qara dəniz və Şərqi Anadoludan Bakıya uzanan yol - Türkiyədən yeni LAYİHƏ
1200 kilometr məsafə ilə Türkiyənin ən uzun avtoban olacaq “Kapıkule-Gerede-Gürbulak avtomobil yolu”nun 2023-cü ildə başlamağı planlaşdırılır.
1news.az "Türkiyə" qəzetinə istinadən xəbər verir ki, Gerededən başlayaq Qara dəniz və Şərq hissəsini təşkil edəcək avtoban Çorum, Amasya, Tokat, Sivas, Ərzincan və Ərzurumdan Gürbulak sərhəd keçidinə bağlanacaq. Layihə Türkiyənin Orta Asiya və Çin ticarətində mühüm rol oynayacaq.
Son 20 ildə Türkiyə nəqliyyat sahəsində demək olar ki, irəliləyib. Bir çox meqalayihələrlə nəqliyyatın və iqtisadiyyatın inkişafına nail olunub. Amma magistral yolun uzunluğu ilə bağlı hələ görüləcək çox iş var. Avropa ilə müqayisədə Türkiyədə magistral yolda çatışmazlıqlar var. Məsələn, Çində 131 min kilometr, ABŞ-da 77 min kilometr, Kanadada 17 min kilometr, İspaniyada 16 min, Almaniyada 12 min kilometr, hətta Hindistanda 70 min kilometr olduğu halda, Türkiyədə magistral yolun uzunluğu 3 633 kilometrdir. Türkiyə xəritəsinə geniş bir aspektdən baxdıqda “İstanbul-İzmir” və “İstanbul-Gerede-Mersin-Şanlıurfa” marşrutu üzərində iki böyük magistral yol var. Ancaq “İpək Yolu layihəsi”nin belə üzərindən keçdiyi Qara dənizi və Şərqi əhatə edən bir magistral yoxdur. 2023-cü ildə tenderə çıxarılacaq “Kapıkule-Gerede-Gürbulak avtomobil yolu” bölgəyə iqtisadi və sosial sıçrayış etməyə imkan verəcək.
Uzunluğu 1.200 km olacaq
Gerededən Ankaraya enən avtobanın Qara dəniz hissəsini təşkil etməyi düşünülən layihənin 2023-cü ildə başlamağı gözlənilir. Kapıkuledən çıxan və Geredeyə çatan magistral yolun Qara dəniz hissəsində 1200 kilometrlik magistral yol çəkiləcək. Gerededən başlayan magistral Çorum, Amasya, Tokat, Sivas, Ərzincan və Ərzurumdan Gürbulak sərhəd keçidinə birləşəcək. “Gerede Gürbulak şosesi layihəsi” çərçivəsində 46 viaduk, 14 körpü, 30 tunel, 38 yeraltı keçid, 21 yerüstü keçid, 202 suötürücü və 7 kəsişmə tikiləcək. Bundan əlavə, 10 xidmət sahəsi yaradılacaq. Magistral yola əlavə olaraq 6 birləşdirici yol əlavə olunacaq. Hətta tikiləcək tunellərin uzunluqları da artıq müəyyən edilib. Tokat sərhədində tikiləcək tunellərdən ən qısası 304 metr, ən uzunu isə 3091, 3710 və 4048 metr uzunluğunda 30 tuneldən ibarətdir. Tokat ilə Sivas arasında 7 kilometr uzunluğunda tunelin tikilməyi də nəzərdə tutulur.
2023-cü ildə 4 min kilometri keçəcəyik
Nəqliyyat Nazirliyi magistral yol layihələrini sürətləndirdi. Bu gün 3 min 633 km olan magistral yol 2023-cü ildə 4 min kilometri keçəcək. 2053-cü ildə hədəf bu rəqəmi 9 min kilometrə çatdırmaqdır. 2023-cü ilin hədəfi olaraq DİT (Düzəlt, İstifadə et, Təhvil ver) modeli ilə 6 avtomobil yolu layihəsinin həyata keçirilməyi planlaşdırılır. Bu layihələrdən bəzilərinin tenderi başa çatsa da, bəzilərininki təxirə salınıb. Bunlara əlavə olaraq, 2023-2035-ci illər üçün 13 yeni avtomobil yolu layihəsinin başlanmağı planlaşdırılır.
Ölüm azalır, ticarət artır
Magistral yol layihələri yol təhlükəsizliyini yüksəltməklə yanaşı, həm də iqtisadiyyata əhəmiyyətli töhfə verir. Araşdırmalara görə yeni magistrallarda ölüm halları 70 faiz azalır. Magistral yolların keçdiyi ərazilərin ticarətində artım müşahidə olunur. Bundan əlavə, əyalətlərdə mənzil və torpaq qiymətləri əhəmiyyətli dərəcədə artır.
Məcburi istiqamətin ürəyində
Pekindən Londona qədər uzanan qlobal ticarət yollarında problemlər tarixi “İpək Yolu”nu ön plana çıxarır. Şimal dəhlizində Rusiya-Ukrayna müharibəsinə görə keçidlərdə problemlər yaşanır. Cənub dəhlizinə isə İrana qarşı sanksiyalara, qeyri-stabil Əfqanıstan və uzun marşrut kimi səbəblərə görə üstünlük verilmir. Şimal və Cənub dəhlizlərində yaşanan problemlərə görə Şərq-Qərb ticarətində Türkiyənin də daxil olduğu Orta Dəhliz (tarixi “İpək Yolu”) illik 600 milyard dollarlıq həcmlə seçilir. “Kapıkule-Gerede-Gürbulak avtomobil yolu” bu nöqtədə böyük əhəmiyyət kəsb edir.
Zəngəzur dəhlizi ilə Çinə bağlanacaq
Türkiyənin ən uzun magistral yolu olmağı planlaşdırılan layihə təkcə Türkiyənin iqtisadiyyatına və nəqliyyatına deyil, həm də Türkiyənin Orta Asiya və Çin əlaqəsinə töhfə verəcək. “Bir kəmər, bir yol layihəsi”nin mühüm hissəsini təşkil edəcək layihə ticarətin çoxalmağına səbəb olacaq. Ticarət keçidləri Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çatacaq.
Ayşən İsmayılova