Qoşulmama Hərəkatının Gənclər Sammitinin Şuşa sessiyası başlayıb

Bu gün Şuşa şəhərində Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası öz işinə başlayıb.
1news.az APA-ya istinadən xəbər verir ki, 60-dan artıq QH üzv ölkəsini təmsil edən nümayəndə heyəti, Füzuli Beynəlxalq Hava Limanına çatıb, Hava Limanı ilə tanışlıqdan sonra Şuşa şəhərinə yola düşüblər.
QH Gənclər Sammitinin bir həftə ərzində davam edən fəaliyyətinə Şuşa sessiyası ilə yekun vurulacaq. Sammit iştirakçılarının 25-28 iyul tarixlərində keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri Şuşada qəbul etməsi gözlənilir.
1news.az
598