Deputat: “Ermənistanın yalan vədləri və sözləri artıq bizim üçün keçərli deyil” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Ermənistanın yalan vədləri və sözləri artıq bizim üçün keçərli deyil”

Qafar Ağayev15:27 - 04 / 08 / 2022
Deputat: “Ermənistanın yalan vədləri və sözləri artıq bizim üçün keçərli deyil”

“Avqustun 3-də baş verən bütün hadisələrin günahı ermənilər və qanunsuz erməni dəstələridir”.

Bu sözləri 1news.az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Azərbaycan üçtərəfli bəyannamənin bütün şərtlərinə əməl edib və səbrlə proseslərin irəliləməsini gözləyib:

“Təəssüf ki, bu gün biz qarşı tərəfin öhdəliklərini yerinə yetirmədiyinin şahidi oluruq. Bununla yanaşı, onlar təxribat törətməklə vaxtı uzadaraq prosesi öz xeyirlərinə dəyişmək niyyətini ortaya qoyurlar. Yalançı vədlər və sözlər artıq bizim üçün keçərli deyil. Biz artıq qarşı tərəfdən bir addım gözləyirik. Qanunsuz silahlı erməni dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını istəyirik”.

N.Həmzəyev deyib ki, Ermənistan quldur dəstələri bir daha təxribat törədəcəyi təqdirdə dəmir yumruq yenidən işə salınacaq.

Naqif Həmzəyev

“Ötən gün bütün dünya gördü ki, biz şəhidimizin qisasını aldıq. Ermənistan tərəfi tezliklə bu torpaqları tərk etməli və Zəngəzur dəhlizinin işə düşməsi üçün öz öhdəliklərini yerinə yetirməlidir. Əks təqdirdə, Ermənistanın vəziyyəti daha gərgin olacaq. Ümumilikdə növbəti zərbələr Ermənistanı rəzil durumuna salacaq. Ermənistan elə vəziyyətə düşə bilər ki, onu artıq heç kim müdafiə etməz və ona dəstək verməz. Faktiki olaraq Ermənistan regionda lazımsız və ağır yükə çevrilməkdədir. Bu baxımdan Ermənistan ən qısa zamanda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, Azərbaycan torpaqlarını tərk etməli və Azərbaycan ilə sülh məsələsini həll etməlidir”.

Xatırladaq ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Buna cavab olaraq Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı keçirib. Əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

Həmçinin oxuyun: Azərbaycan Ordusundan “Qisas” əməliyyatı - Bu yüksəkliklər nəzarətə götürüldü - VİDEO - YENİLƏNİB

Paylaş:
605

Son xəbərlər

Bütün xəbərlər