Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - FOTO

12:30 - 09 / 08 / 2022
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - FOTO

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gedib.

1news.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşılayıblar.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Paylaş:
693

Son xəbərlər

Bütün xəbərlər