Nazirlik: “7 ayda 170,9 min pensiya, müavinət, təqaüd proaktiv qaydada təyin olunub” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: “7 ayda 170,9 min pensiya, müavinət, təqaüd proaktiv qaydada təyin olunub”

14:21 - 20 / 08 / 2022
Nazirlik: “7 ayda 170,9 min pensiya, müavinət, təqaüd proaktiv qaydada təyin olunub”

2022-ci ilin yanvar-iyul ayları ərzində 170,9 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 17206-sı pensiya, 66706-sı müavinət, 87036-sı təqaüd təyinatı olub.

Bu barədə 1news.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Xəbərə görə, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

1news.az

Paylaş:
227

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər