Bakı metropolitenində modernləşmiş daha bir qatar xəttə verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metropolitenində modernləşmiş daha bir qatar xəttə verilib - FOTO

Qafar Ağayev10:47 - 23 / 08 / 2022
Bakı metropolitenində modernləşmiş daha bir qatar xəttə verilib - FOTO

Bakı metropolitenində daha bir qatarının modernləşdirmə ilə orta təmiri yerinə yetirilib.

"Bakı Metropoliteni" QSC-dən 1news.az-a verilən məlumata görə, 2014-cü ildən mərhələ ilə təmir həcmi genişləndirilən və 2017-ci ildən yeni inşa olunmuş sexdə aparılan orta və əsaslı təmir işləri metropolitenin vaqon parkında sabitliyin saxlanması və istismar göstəricilərinin yüksəldilməsində əhəmiyyətli rol oynayır.

Xəttə hazırlanan qatar orta təmirə dayandırılarkən tam defektoskopiya müayinəsindən keçirilib və əlavə işlərin həcmi müəyyən olunub. Vaqonlar əvvəlki təmir zamanı korroziyadan təmizlənərək rənglənib. Buna görə yalnız yan hissələrdə təmizləmə və rənglənmə işi aparılıb.

Vaqonaltı hissədə dartı qüvvəsini tənzimləyən relelər və kontaktor blokları yenilənib. Hava sistemini qidalandıran kompressor aqreqatı Almaniya istehsallı daha məhsuldar, müasir analoqları ilə əvəzlənib. Rezervuarlar texniki proseslərin tələbi çərçivəsində təmir edilib.

Modernizasiya çərçivəsində idarəetmə sistemi tamamilə yenilənib. Qatara avtomatik nəzarət sistemi tətbiq olunub. Sistem qatarın ümumi vəziyyəti, habelə vaqonaltı avadanlıqlardan daxil olan siqnalları emal edir və maşinist monitoruna ötürür. Bu yeniliklər innovasiyalar baxımından sonuncu nəsil qatarlarda tətbiq edilir. Bununla maşinistin qatarı rahat idarə etməsinə, vəziyyəti vaxtında və düzgün qiymətləndirməsinə, mümkün nasazlıqları öncədən müəyyənləşdirməsinə və qarşısını almağa kömək edir. Nəticədə, qatarın sərnişindaşıma təhlükəsizliyi dəfələrlə gücləndirilmiş olur.

Yeni sistem nəzarət güzgüləri və marşrut göstəricisinin də avtomatik nizamlama funksiyasını yerinə yetirir. Maşinist kabinasının havalandırma sistemi də yenidən qurulub. Bu, 4-8 saat iş başında olan maşinistin yeraltı yollarda iş yerinin rahatlığına və əmək məhsuldarlığına şərait yaradır.

Təmirin daha bir mərhələsində salon, içıqlanma, oturacaqlar, döşəmə və tavan örtüyü yenilənib. Qapılara yeni nəzarət bloku və İtaliya istehsalı olan pnevmatik intiqallar qoyulub. Yeni nəzarət bloku qapı ilə bağlı bütün siqnalları maşinist monitoruna verir. Bununla sərnişin təhlükəsizliyi daha da optimallaşıb.

Modernizasiya Sankt-Peterburqun “Spetsavtomatika” Mühəndis və İstehsal Mərkəzinin layihələri əsasında yerinə yetirilib. Təmir, sazlama və sınaq işləri zamanı, ehtiyac yarandıqda, layihə müəllifləri ilə audiovizual rabitə qurulur, müzakirələr, fikir və təcrübə mübadiləsi aparılıb.

Sexdə baş vaqonların ön hissələri də dəyişdirilir. Lakin bu qatarda ön hissənin yenilənməsi əvvəlki təmir müddətində yerinə yetirilib. Ön hissə dayanıqlı kompozitdən – Bakı metrosunun geologiyası şəraitində korroziyaya və zərbələrə davamlı materialdandır.

Ümumən, metropoliten sistemində vaqonların 3 fərqli təmir növü var. Bu təmir növləri qatarın vəziyyətindən asılı olmayaraq, normativlərə uyğun mütləq şəkildə həyata keçirilir. Cari təmir 3 növə bölünür. Müxtəlif növ cari təmir işləri il ərzində hələlik 50 vaqonda aparılıb. Qatarlar orta təmirə təxminən 960 min, əsaslı təmirə təxminən 1 milyon 800 min kilometr məsafə qət etdikdən sonra saxlanılır.

Hazırda daha bir qatarda yuxarıda sadalanan modernləşdirmə yeniliklərinin tətbiqi ilə orta təmir işləri başlanıb. İlin sonuna qədər daha bir qatarın orta təmiri və modernizasiyası nəzərdə tutulub.

Paylaş:
274

Son xəbərlər

Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47
Bütün xəbərlər