Səfir: “Türkiyə Azərbaycanın haqlı davasında yanında olmağa davam edəcək” | 1news.az | Xəbərlər
Siyasət

Səfir: “Türkiyə Azərbaycanın haqlı davasında yanında olmağa davam edəcək”

Qafar Ağayev16:07 - 13 / 09 / 2022
Səfir: “Türkiyə Azərbaycanın haqlı davasında yanında olmağa davam edəcək”

Türkiyə Azərbaycanın haqlı davasında hər zaman yanında olub və olmağa davam edəcək.

1news.az-a məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Səfir Azərbaycan-Ermənistan sərhədində erməni təxribatı nəticəsində şəhid olan hərçilərə Allahdan rəhmət diləyib.

“Azərbaycan-Ermənistan sərhədində erməni təxribatı nəticəsində şəhid olan igid hərbçilərə Allahdan rəhmət, onların ailələrinə və silah yoldaşlarına başsağlığı, yaralı qardaşlarımıza şəfa diləyirəm”, - deyə səfir əlavə edib.

Paylaş:
361

Son xəbərlər

Bütün xəbərlər