Abşeron Rayon Mərkəzi Xəstəxanasında qanun pozuntuları aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeron Rayon Mərkəzi Xəstəxanasında qanun pozuntuları aşkar edilib

16:31 - 13 / 09 / 2022
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qanun pozuntuları aşkar edilib

Abşeron Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 2017-ci ilin yanvar ayından 2021-ci ilin noyabr ayına qədərki maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən yoxlama zamanı isə işçilərə fasiləsiz əmək stajına görə vəzifə maaşının 30 faizi əvəzinə 40 faizi məbləğində əlavə haqq kimi, koronavirusla mübarizə tədbirlərinə cəlb olunan bəzi qeyri-tibb işçilərinə isə aylıq vəzifə maaşının 3 misli əvəzinə 5 misli məbləğində müddətli əlavə ödənildiyi aşkar edilib.

1news.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, həmçinin, normadan artıq ərzaq məhsullarının istifadəsinin rəsmiləşdirildiyi, menyu-tələbnamələrdə xəstələrin saylarının artırılması hesabına ərzaq məhsullarının qanunsuz uçotdan silindiyi, eləcədə, təbii qaz xərcinin artıq ödənildiyi müəyyən edilib.

1news.az

Paylaş:
282

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər