Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Qafar Ağayev12:16 - 13 / 09 / 2022
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.
Cənab H.Akar öz növbəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib.
H.Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu xüsusi qeyd edib.
Telefon danışıqları zamanı hər iki qardaş ölkənin müdafiə nazirləri yaranmış vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparıblar.

Həmçinin oxuyun:

Azərbaycan XİN-dən Ermənistanın təxribatı ilə bağlı BƏYANAT

MN: Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdır

Ceyhun Bayramovla ABŞ dövlət katibinin köməkçisi arasında telefon danışığı olub

Politoloq: “Yaxın saatlar ərzində Paşinyan Azərbaycan qarşısında diz çökməlidir”

Paylaş:
473

Son xəbərlər

Bütün xəbərlər