Paşinyandan etiraf: Ermənistanın 105 hərbçisi həlak olub
Son günlər Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar nəticəsində Ermənistan silahlı qüvvələrinin 105 hərbçisi həlak olub.
1news.az-ın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən etiraf edib.
O, itki sayının arta biləcəyini istisna etməyib.
Qeyd edək ki, Ermənistan rəsmi mənbələrinin açıqladığı məlumatlardan fərqli olaraq, real itkilərin sayı daha çoxdur.
Xatırladaq ki, Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
439