Baş nazirin müavini Əli Əhmədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb
Baş nazirin müavini, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Əli Əhmədov sentyabrın 20-də Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov ilə görüşüb.
1news.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
310