BDU-nun dosenti vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU-nun dosenti vəfat edib

16:43 - 20 / 10 / 2022
BDU-nun dosenti vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dosenti Oktay Zaman oğlu Qarabəyli vəfat edib.

Bu barədə 1news.az-a BDU-dan xəbər verilib.

Qeyd olunub ki, Oktay Qarabəyli 1943-cü ildə anadan olub. O, BDU-nun Biologiya və kimya müəllimliyi fakültəsində təhsil alıb. 1978-ci ildə “Orta və Cənubi Xəzərdə qarınayaq ilbiz növlərinin yayılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1979-cu ildə biologiya elmləri namizədi alimlik dərəcəsini, 1995-ci ildə dosent elmi adını alıb. Onurğasızlar zoologiyası, Hidrobiologiya, Onurğasız heyvanların müqayisəli anatomiyası fənlərini tədris edib. Torpaq ilbizlərinin növ tərkibi və bioekoloji xüsusiyyətləri sahəsində tədqiqat aparıb.

Allah rəhmət eləsin!

1news.az

Paylaş:
592

Son xəbərlər

Bütün xəbərlər