Şəkidə toyda kütləvi zəhərlənmə olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə toyda kütləvi zəhərlənmə olub

Qafar Ağayev13:33 - 21 / 10 / 2022
Şəkidə toyda kütləvi zəhərlənmə olub

TƏBİB Şəkidə baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

TƏBİB-dən 1news.az-a daxil olan məlumatda bildirilib ki, 20.10.2022-ci il tarixində saat 21:30 radələrində 7 nəfər “Mədə bağırsaq pozğunluğuna şübhə” diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib: "Vətəndaşlara ilkin zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar".

10:10

Şəki şəhərində toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.

1news.az məlumatına görə, rayonun Şin kəndində keçirilən toyda qidadan zəhərlənmə şübhəsi ilə 7 nəfər Şəki Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.

Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov Trend-ə faktı təsdiqləyib. M.Mənsimov bildirib ki, hadisə ilə bağlı şadlıq sarayına baxış keçirilib, istifadə olunan qidalardan nümunələr götürülərək ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər