Boris Conson Baş nazir postuna namizəd olmaqdan imtina edib | 1news.az | Xəbərlər
Dünya

Boris Conson Baş nazir postuna namizəd olmaqdan imtina edib

Qafar Ağayev09:32 - 24 / 10 / 2022
Boris Conson Baş nazir postuna namizəd olmaqdan imtina edib

Böyük Britaniyanın baş naziri Liz Trassın istefasından sonra keçmiş baş nazir Boris Conson yeni baş nazir və Mühafizəkarlar Partiyasının liderinin seçilməsi prosesində baş nazirlik və partiya liderliyi uğrunda mübarizədən geri çəkildiyini açıqlayıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Boris Consonun yaydığı bəyanatda deyilib.

Mühafizəkarlar Partiyası daxilində keçiriləcək seçkidə müvəffəqiyyətli olmaq və cümə günü baş nazir iqamətgahına dönmək şansının çox yüksək olduğunu ifadə edən Conson, “Ancaq son bir neçə gündə belə bir nəticəyə gəldim ki, təəssüf ki, bu, düzgün iş deyil. “Parlamentdə vahid partiyanız olmasa, effektiv idarə edə bilməzsiniz. Keçmiş maliyyə naziri Ruşi Sunak və Mühafizəkarlar Partiyasının Parlament Qrupunun sədri Penny Mordaunt ilə ortaq bir nöqtədə razılaşa bilmədikl. Ona görə də düşünürəm ki, namizədliyimi dayandırmaq və uğurlu olanı dəstəkləmək daha yaxşıdır. “Təklif edə biləcəyim çox şey var, amma, bunun üçün doğru zaman deyil”.

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər