Polad Bülbüloğlu səfirlərlə görüşdü | 1news.az | Xəbərlər
Rəsmi

Polad Bülbüloğlu səfirlərlə görüşdü

14:24 - 28 / 10 / 2022
Polad Bülbüloğlu səfirlərlə görüşdü

Həftə ərzində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri, Moskvada akkreditə edilmiş diplomatik korpusun duayeni Polad Bülbüloğlu Polşa Respublikasının, İsveç Krallığının və İran İslam Respublikasının Rusiyadakı səfirləri ilə görüşmüşdür.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən 1news.az-a verilən məlumata görə, Polad Bülbüloğlu Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, uzun illər aparılmış və heç bir fayda verməyən danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyətindən bəhs edərək, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə haqqında danışmış, Azərbaycanın öz suveren torpaqları naminə vuruşduğunu, beynəlxalq hüququn, haqq və ədalətin ölkəmizin tərəfində olduğunu bildirmişdir. Eyni zamanda münaqişəyə son qoymuş məlum üçtərəfli Bəyanatın müddəaları və postmünaqişə dövrü, azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə qarşı tərəflərə ətraflı məlumat vermişdir.

Polşanın Moskvadakı Səfiri Kşıştof Krayevski ilə keçirilmiş görüşdə o, 2005-2010-cu illərdə öz ölkəsinin Səfiri kimi Azərbaycanda çalışdığı dövrü hər zaman xoş xatirələrlə yad etdiyini, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif edildiyini, Azərbaycanın onun həyatında xüsusi yeri olduğunu vurğulamışdır.

İsveçin Səfiri xanım Anna Malena Mard ilə görüşdə isveçli diplomat 2013-2017-ci illərdə Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəsi kimi çalışdığını və həmin dövr ərzində ölkəmizin tarixi, xalqımızın ənənələri ilə yaxından tanış olduğunu, Aİ-nin Azərbaycandakı nümayəndəsi qismində təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verdiyini bildirmişdir.

İranın Səfiri Kazem Cəlali ilə görüşdə İranla Azərbaycan arasında tarixi, mədəni əlaqələrdən danışılmış, bununla yanaşı iranlı diplomat dəfələrlə ölkəmizə parlament üzvü qismində səfərlər etdiyini bildirmiş, Bakıda gedən inkişafın ona olduqca müsbət təəssürat bağışladığını qeyd etmişdir. Kazem Cəlali həllini tapmış Ermənistan-Azərbaycan münaqişəsi zamanı ölkəsinin Azərbaycanın haqlı səsini dəstəklədiyini önə çəkmişdir. İranlı Səfir Azərbaycanın dövlət kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu vurğulayaraq, onun görkəmli dövlət xadimi, Rusiyada keçirdiyi görüşlər zamanı Ulu Öndərimizin buradakı nüfuzunun şahidi olduğunu söyləmişdir.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin regionumuz üçün əhəmiyyəti qeyd edilmiş və onun ölkələr üçün faydalı olacağına əminlik ifadə olunmuşdur. İki ölkə arasında ticari-iqtisadi, energetika və nəqliyyat sahələrində əməkdaşlığın xüsusi önəminə diqqət yetirilmişdir.

Baş tutmuş bütün görüşlərdə Polad Bülbüloğlu Rusiya-Ukrayna arasında baş verənlərə toxunarkən, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdığını və mövcud vəziyyətdə ölkəmizin məsələni dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında diplomatik dialoq vasitəsi ilə həllinin tərəfdarı olduğunu vurğulamışdır. Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən həmin ölkəyə bir neçə dəfə humanitar yardımların göndərildiyini deyən Azərbaycanın Səfiri, mövcud durumun ciddi narahatlıq doğurduğunu söyləmiş, mülki əhali arasında böyük itkilərə səbəb olan bu böhrandan dərin təəssüf hissi keçirdiyimizi bildirmişdir.

Həmçinin Azərbaycanla qeyd edilən ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və onların inkişaf perspektivləri, habelə regionda baş verən proseslər və maraq doğuran digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Görüşlər əsnasında Polad Bülbüloğlu səfir həmkarlarına duayen qismində fəaliyyəti, Moskvada təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə məlumat vermişdir.

Görüşlərin sonunda səfirlərə Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitabları hədiyyə edilmişdir.

Paylaş:
553

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər