Tarix yazan ali baş komandan
“Hər zaman özgə torpaqlarında gözü olan, separatçı erməni daşnakların vəhşi xislətləri üzündən xalqımız dəfələrlə faciələrlə üzləşib Quba məzarlığındakı dəhşətli mənzərə erməni faşizminin əsl iç üzünü göstərir.
Xocalı faciəsi isə bir millətin soyuna, kökünə qəsd olunmaqla yanaşı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş bir vəhşilikdir. Bu soyqırım bütün bəşəriyyətə qarşı bağışlanmaz cinayətdir.
27 sentyabr tarixindən başlanan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, qəhrəman əsgər və zabitlərimiz Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi.Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin mənəvi-siyasi irsinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, qüdrətini,mübarizliyini göstərdi. İlham Əliyev təkcə hərbi arenada deyil eyni zamanda siyasi arenada da böyük strateq nümunəsi ortaya qoyaraq bütün təzyiqlərə sinə gərərək Azərbaycan xalqının haqq səsi oldu. Cənab Prezidentimiz xarici televiziyalara, mətbuat orqanlarına verdiyi müsahibələrdə Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməkdən bir addım belə geri durmadı, dünyada Azərbaycana qarşı olan ikili standartları, riyakarlığı ifşa etdi. Tarixə öz xalqı ilə vəhdətdə olan mübarizlik rəmzinə çevrilmiş lider kimi düşdü. Azərbaycan xalqının öz Ordusuna olan inamı, Ali Baş Komandanın ətrafında sıx birləşməsi Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumuna da olduqca müsbət təsir etdi. Bunun nəticəsi olaraq, yaralanmış və ağır vəziyyətdə olan hər bir əsgər və zabitimiz tezliklə sağalaraq döyüş bölgəsinə qayıtmağa can atırdı. Bu, rəşadətli əsgər və zabitlərimizin Vətənə olan sevgisindən, eyni zamanda öz Ali Baş Komandanına olan sonsuz güvənindən və qələbəyə inamından qaynaqlanırdı.
44 günlük müharibə dövründə erməni təcavüzkarları insanlığa yad olan, heç bir bəşəri norma və əxlaqa sığmayan vasitələrə əl atmış, xalqımıza qarşı növbəti vəhşiliklər törətmiş, cəbhə xəttindən, döyüş meydanından çox-çox uzaqlarda yerləşən şəhər və kəndləri, yaşayış obyektlərini, mülki əhalini qadağan olunmuş silahlarla, ballistik raketlərlə, toplarla atəşə tutmuş, 100-ə yaxın dinc sakin həlak olmuş, dörd yüzdən çox günahsız mülki vətəndaş yaralanmış, minlərlə binalar dağıdılmış, infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Ölkə başçısı Füzuli, Cəbrayıl və Ağdam rayonlarına səfər edərkən özü ermənilərin nə qədər vandal, barbar hərəkətlərə yol verdikləri ilə bağlı fikirlər səsləndirdi. Cənab Prezidentin göstərdiyi yerlərdə bircə sağlam ev, infrastruktur qalmamışdı. Otuz ilə yaxın müddətdə amansız düşmən işğal etdiyi bütün torpaqlarımızda soyqırımı həyata keçirib. Evlər, infrastruktur dağıdılıb, tarixi, mədəni, dini abidələrə, təbiətə ciddi ziyan vurulub. Ermənilər son günlərdə Kəlbəcəri və Laçını tərk edərkən də evləri yandırır, meşələri məhv edirdilər. Bütün bunlar dünyanın gözü qarşısında baş verdi. Əlbəttə ki, ermənilər bu cinayətlərinə görə cavab verəcəklər. Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq və müvafiq beynəlxalq məhkəmələrə çıxarılacaq. Sözsüz ki, Prezidentimizin qeyd etdiyi kimi, bu vəhşiliklərin cavabı düşməndən soruşulacaq və onlar etdiklərinə, törətdikləri cinayətlərə görə cavab verəcəklər.
Öz al qanları ilə bu tarixi zəfəri bizə yaşadan şəhidlərimizin qisasının alınması ilə əldə olunan qələbəni Azərbaycan xalqına bəxş edən Ulu Öndərin layiqli davamçısı olan Liderimiz daim çıxışlarında “Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır” deyirdi. O, ata vəsiyyətini yerinə yetirdi, xalqına verdiyi sözləri tutdu. Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin arzusunu reallaşdırdı. “Qarabağ Azərbaycandır və nida işarəsi” söyləyən Prezidentimiz Qarabağ münaqişəsinə zəfəri ilə Nida! qoydu. 8 noyabr 2020-ci il - Bu Böyük Qələbə Günüdür. Azərbaycanın milli ləyaqətini bərpa etdiyi gündür. Xalqımız tarix yazan Ali Baş Komandanın rəhbərliyi ilə sübut etdi ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır Bu qələbə Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Bu gün öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycan xalqı öz əzəli torpaqlarına qayıdır və həmin əraziləri dirçəldir.Artıq Qarabağda Azərbaycanın məğrur və enməz üç rəngli bayrağı dalğalanır.
Hazırladı: Qaradağ rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Nuranə Davrinbəyova