AZAL-a yeni birinci vitse-prezident təyin olundu | 1news.az | Xəbərlər
Rəsmi

AZAL-a yeni birinci vitse-prezident təyin olundu

13:04 - 05 / 11 / 2022
AZAL-a yeni birinci vitse-prezident təyin olundu

“Azərbaycan Hava Yolları” QSC-yə yeni birinci vitse-prezident təyin olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, Samir Musa oğlu Rzayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib.

Bu təyinata qədər Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib.

Xatırladaq ki, bu yaxınlarda “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinə dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilib. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olacaq. İndiyə qədər İdarə Heyətinin tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər