Türkiyə MN: Azərbaycan 2 il öncə bütün dünyaya gücünü göstərdi
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
1news.az xəbər verir ki, Türkiyə MN-in "Twitter" hesabında paylaşdığı təbrikdə deyilir:
“Qəhrəman Azərbaycanımızın 8 Noyabr – Zəfər Günü qutlu olsun. 2 il öncə qəhrəman mübarizə ilə öz torpaqlarını işğaldan qurtaran və bütün dünyaya Azərbaycanın gücünü göstərən qardaşlarımızla kədərdə və sevincdə bir və bərabər olmağa davam edəcəyik”.
400