İsrail İrana görə Rusiyaya nota verdi
İsrail İranla hərbi əməkdaşlıq etdiyinə görə Rusiyaya etiraz notası verib.
1news.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Bildirilib ki, İsrail Xarici İşlər Nazirliyi İran PUA-larının Rusiyaya verilməsinə etiraz edib. Həmçinin İsrailin Moskvadakı səfiri bununla bağlı müvafiq notanı Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanova təqdim edib.
Məlumata görə, İsrail Milli Təhlükəsizlik Qərargahının rəhbəri Eyal Hulat Bəhreyndə keçirilən forumda Ukraynaya yüksək dəqiqlikli idarə olunan raketlər veriləcəyini bildirib: “İran Rusiyadan ballistik raketlər alarsa, Ukraynaya yüksək dəqiqlikli idarə olunan raketlər çatdıracağıq”.
526