Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ABŞ-a səfəri başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ABŞ-a səfəri başlayıb

Qafar Ağayev17:48 - 28 / 11 / 2022
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ABŞ-a səfəri başlayıb

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Səfər zamanı nümayəndə heyətinin ABŞ-ın hərbi rəhbərliyi və “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər