Noyabrda azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Noyabrda azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Qafar Ağayev10:35 - 02 / 12 / 2022
Noyabrda azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, noyabrda (01.11.2022 - 30.11.2022) Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 782 piyada əleyhinə mina, 344 tank əleyhinə mina və 1735 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2522, 6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
405

Son xəbərlər

Bütün xəbərlər