Milli Məclisin deputatları Moskvaya səfər edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin deputatları Moskvaya səfər edəcəklər

Qafar Ağayev13:22 - 12 / 12 / 2022
Milli Məclisin deputatları Moskvaya səfər edəcəklər

Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev “MDB ölkələrinin parlament tərəfdaşlığında siyasi partiyaların və blokların fraksiyalarının qarşılıqlı fəaliyyətinin rolu” mövzusunda keçiriləcək III Beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 13-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması tərəfindən təşkil olunmuş tədbirdə MDB-yə üzv ölkələrin deputatları iştirak edəcəklər. Toplantıda parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, bu sahədə təcrübə və informasiya mübadiləsi ilə bağlı müzakirələr aparılacaq.

Konfrans çərçivəsində Rusiya Dövlət Dumasının fraksiyalarında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfər dekabrın 16-da başa çatacaq.

Paylaş:
385

Son xəbərlər

Bütün xəbərlər