ABŞ İran istehsalı PUA-ların istehsalına qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
ABŞ İranın pilotsuz uçuş aparatlarının (PUA) istehsalına qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson verdiyi açıqlamada ABŞ-ın sanksiyalar və ixrac nəzarəti vasitəsilə İranın PUA istehsalını hədəf almağın yollarını axtardığını bildirib.
"Biz İranın pilotsuz təyyarələrdə istifadə olunan texnologiyalara çıxışını məhdudlaşdırmaq üçün ixrac nəzarəti ilə ata biləcəyimiz əlavə addımları qiymətləndiririk" – deyə, Watson əlavə edib.
ABŞ Rusiyanın Ukraynada mülki infrastruktura hücum etmək üçün istifadə edilən İran istehsalı olan PUA-ları istehsal etməkdə və ya daşımaqda ittiham etdiyi şirkətlərə və şəxslərə qarşı sanksiyalar tətbiq edib.