Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib | 1news.az | Xəbərlər
Rəsmi

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib

Qafar Ağayev15:02 - 27 / 01 / 2023
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.

1news.az xəbər verir ki, Azərbaycanın və Misirin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş:
556

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər