Allahşükür Paşazadə: “İranda 40 milyona yaxın azərbaycanlı bu gün fars rejiminin əlində əsirdir” | 1news.az | Xəbərlər
Siyasət

Allahşükür Paşazadə: “İranda 40 milyona yaxın azərbaycanlı bu gün fars rejiminin əlində əsirdir”

16:22 - 30 / 01 / 2023
Allahşükür Paşazadə: “İranda 40 milyona yaxın azərbaycanlı bu gün fars rejiminin əlində əsirdir”

Biz hamımız Tehranda Azərbaycan səfirliyində baş verən hadisəni qınayırıq. Necə ki, gördüyünüz kimi, Azərbaycanda olan bütün dinlərin nümayəndələri gəlib burada başsağlığı verdi.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanda tolerantlıq mövcuddur.

“Amma çox təəssüflənirəm ki, Azərbaycana qonşu olan bir dövlətin Azərbaycana qarşı apardığı ədavətli hökmlərin nəticəsidir ki, bu gün akopyanları müqəddəs yerlərə gətirib gəzdirirlər, “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı çizgimizdir” deyirlər, tankları gətirib sərhədə düzürlər.

Mən burada İran xalqı deməzdim, çünki orda bizim 40 milyona yaxın azərbaycanlılarımız yaşayır, onlar bizim qardaşlarımızdırlar, onlar başa düşürlər, amma bu gün onlar İran rejminin, fars rejminin əlində əsirdirlər. Mən inanıram ki, gələcəkdə həqiqət öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq, hansı ki, bizi qardaş hesab edirdi. Biz indi bilirik ki, İran bizim qardaşımız deyil. Onlar Ermənistanın qardaşıdır.

Necə ki, cənab Prezident İlham Əliyev bəyan etdi ki, səfirlikdə baş verən hadisə terror aktıdır, biz də deyirik ki, bu terror aktıdır. Bu, baxılmalıdır, araşdırılmalıdır və bütün dünya həqiqətin nə olduğunu bilməlidir”, - deyə A.Paşazadə əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Paylaş:
588

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər