Lavrov: “Rusiya Azərbaycanla ikitərəfli siyasi əlaqələri yüksək qiymətləndirir”
Rusiya Azərbaycanla ikitərəfli siyasi əlaqələri yüksək qiymətləndirir.
1news.az xəbər verir ki, bunu bu gün Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycanda həm ikitərəfli, həm də regional formatda strateji tərəfdaşlıq məsələləri müzakirə olunub.
"Biz Azərbaycan və Rusiya arasında ikitərəfli siyasi əlaqələri yüksək qiymətləndiririk. Təkcə ötən il prezidentlərimiz 7 dəfə görüşüb və 12 telefon danışığı olub", - S.Lavrov bildirib.
351