“İnam Kərimov hər zaman öz islahatları ilə seçilmiş şəxsdir” | 1news.az | Xəbərlər
Müsahibə

“İnam Kərimov hər zaman öz islahatları ilə seçilmiş şəxsdir”

Aynurə Xudaverdiyeva11:28 - 06 / 04 / 2023
“İnam Kərimov hər zaman öz islahatları ilə seçilmiş şəxsdir”

“İnam Kərimov hər zaman öz islahatları ilə seçilmiş şəxsdir”

Bu sözləri 1news.az-a açıqlamasında Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavid Osmanov deyib. Deputatın sözlərinə görə, bu qərar məhkəmə-hüquq sahəsində başladılan islahatlarda müsbət təsir göstərəcək:

“Bildiyimiz kimi aprel ayının 4-də Azərbaycan Respublikasının Milli Məclisinin qərarına, əsasən, İnam Kərimov Azərbaycan Ali Məhkəməsinin hakimi seçildi və həmən tarixdə də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına, əsasən, Ali Məhkəmənin sədri vəzifəsinə təyin olundu. Əlbəttə ki, İnam Kərimovun bundan əvvəlki həm təhsili, həm əmək fəaliyyəti, o cümlədən ASAN Xidmətə rəhbərlik etdiyi dönəm, Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri işlədiyi dönəmlərdə hər zaman islahatları ilə seçilmiş şəxsdir".

"Düşünürəm ki, İnam Kərimov yeni vəzifəsinin öhtəsindən layiqincə gələcək" - deyə, C.Osmanov əlavə edib:

"Biz İnam Kərimova bu vəzifədə uğurlar arzu edirik. Eyni zamanda onu qeyd etmək istəyirəm ki, ölkə başçısının rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində başladılan islahatlarda düşünürəm ki, bundan sonra yeni bir mərhələ başlanılacaqdır və bu sahədə də genişmiqyaslı islahatların həyata keçirilməsi həyata keçiriləcəkdir”.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 4-də İnam Kərimovun Ali Məhkəmənin sədri təyin olunması ilə bağlı sərəncam imzalayıb. Aprelin 5-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib.

Paylaş:
2260

Son xəbərlər

Bütün xəbərlər