Özbəkistanın xarici işlər naziri Heydər Əliyevin xatirəsini anıb | 1news.az | Xəbərlər
Siyasət

Özbəkistanın xarici işlər naziri Heydər Əliyevin xatirəsini anıb

13:42 - 10 / 05 / 2023
Özbəkistanın xarici işlər naziri Heydər Əliyevin xatirəsini anıb

Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Daşkənddə Ümummilli Liderin barelyefini ziyarət edərək əklil qoyub.

1news.az xəbər verir ki, o, bu barədə “Twitter“ hesabında paylaşım edib.

“2022-ci ildə Daşkənddə Azərbaycan Xalqının Ümummilli Liderinin barelyefi, onun adına küçə və meydan açılıb. Biz Özbəkistan-Azərbaycan əlaqələri ilə qürur duyuruq və münasibətlərimizin bütün ölçülərdə zənginləşməsinə sadiqik”, - o qeyd edib.

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər