“Paşinyan öz sələfləri Köçəryan və Sarkisyanın siyasətini davam etdirir” - AÇIQLAMA | 1news.az | Xəbərlər
Siyasət

“Paşinyan öz sələfləri Köçəryan və Sarkisyanın siyasətini davam etdirir” - AÇIQLAMA

Aynurə Xudaverdiyeva11:58 - 12 / 05 / 2023
“Paşinyan öz sələfləri Köçəryan və Sarkisyanın siyasətini davam etdirir” - AÇIQLAMA

Bildirdiyimiz kimi mayın 10-da axşam saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçuları - Novruzəlizadə Orxan Elxan oğlu həlak olub, Mahmudlu Müslüm Vidadi oğlu ağır yaralanıb. Danışıqların getdiyi vaxtda sual yaranır, Ermənistan niyə mövcud vəziyyəti gərginləşdirməyə çalışır?

Məsələ ilə bağlı 1news.az-a danışan Milllət vəkili Elman Nəsirov deyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanımalıdır:

“Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan Ermənistan insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş hərbi təxribatlara hələ də davam edir. Azərbaycan Ordusu bu təxribatın qarşısını alıb. Hesab edirəm ki, Ermənistan bu addımı məqsədli şəkildə atıb. Aydın məsələdir ki, Entoni Blinkenin iştirakı ilə keçirilən üçtərəfli Vaşinqton görüşü zamanı Ermənistan məğlub olduğunu bir daha anlamış və sülhdən süni əngəllər yaradaraq müxtəlif bəhanələrə yayınmaq olub. Azərbaycanın davamlı olaraq təklif etdiyi sülh çağırışlarının əksinə olaraq Ermənistan məqsədli şəkildə regionda vəziyyəti gərginləşdirir, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yeni münaqişə ocaqlarının yaranması üçün təxribatlar törədir”.

“Həmçinin Vaşinqtonda keçirilən danışıqlar əsasında Ermənistanın məğlub tərəf olduğu hər kəsə məlum olduğu üçün Azərbaycanın ərazi bütövlüyünü tanınmasının tələb olunmasıdır" -deyə, deputat əlavə edib:

“Hal-hazırda Paşinyan öz sələfləri Köçəryan və Sarkisyanın siyasətini davam etdirir. Yəni süni əngəllər yaradaraq, mövcud vəziyyəti uzadır. Ermənistan sülh istəmir, ona görə bu cür addımlar atır. Ermənistan regionda sülh görmək istəyirsə, Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanımalıdır”.

Paylaş:
483

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər