Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşüb

13:48 - 15 / 05 / 2023
Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşüb

Mayın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

Nazirlər Kabinetindən 1news.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Belarus ticari-iqtisadi əməkdaşlığının, investisiya fəaliyyətinin və sənaye kooperasiyasının aktual məsələləri nəzərdən keçirilib.

Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın bu gün Bakıda keçirilən növbəti iclasının əhəmiyyəti qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivlərini də müzakirə ediblər.

Paylaş:
383

Son xəbərlər

Bütün xəbərlər