Rusiyada yaşayan türklərin çoxu Kılıçdaroğluna səs verib | 1news.az | Xəbərlər
Dünya

Rusiyada yaşayan türklərin çoxu Kılıçdaroğluna səs verib

09:04 - 15 / 05 / 2023
Rusiyada yaşayan türklərin çoxu Kılıçdaroğluna səs verib

Türkiyə prezidenti seçkilərində Rusiya Federasiyası ərazisindəki seçki məntəqələrində səs verən türk seçicilərin yarıdan çoxu (54,47%) müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyib.

1news.az xəbər verir ki, bu barədə “Anadolu” rəsmi mənbələrə istinadən məlumat yayıb.

Rusiyadakı türk seçicilərin 38,26%-i Rəcəb Tayyib Ərdoğana, 4,24%-i isə ATA Alyansının namizədi Sinan Oğana səs verib. Namizədliyini geri götürən siyasətçi Məhərrəm İncə 3,03% səs toplayıb.

Məlumat Rusiyadakı seçki məntəqələrindəki seçki qutularının 93,75 faizinin emalından sonra əldə edilib. Seçicilərin 34,25%-i, başqa sözlə 4644 nəfər səsvermədə iştirak edib. 25 bülleten etibarsız sayılıb.

Paylaş:
669

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər