Baş Qərargah rəisi Pakistanın müdafiə naziri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Baş Qərargah rəisi Pakistanın müdafiə naziri ilə görüşüb - FOTO

Qafar Ağayev10:14 - 25 / 05 / 2023
Baş Qərargah rəisi Pakistanın müdafiə naziri ilə görüşüb - FOTO

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Parlamentin Müdafiə Palatasını ziyarət edərək bu ölkənin Federal müdafiə naziri cənab Asif Muhammed Xavaca ilə görüşüb.

1news.az xəbər verir ki, qonaqları salamlayan Pakistanın müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəmizlə hərbi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Dövlətlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə qarşılıqlı dəstək göstərdiyini qeyd edən nazir ölkələrimizin yerləşdiyi bölgələrdə yaranmış vəziyyət və yeni çağırışların hərbi əməkdaşlığımızın möhkəmləndirilməsini zəruri etdiyini diqqətə çatdırıb.

Cənab A.M.Xavaca hər iki ölkə ordularının döyüş qabiliyyətinin artırılması, bu sahədə təcrübə mübadiləsinin aparılması, habelə əldə olunan nailiyyətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Qəbula görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını cənab A.M.Xavacaya çatdırıb.

Baş Qərargah rəisi Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu xüsusi qeyd edib.

General-polkovnik K.Vəliyev azad edilmiş ərazilərdə aparılan mühəndis və bərpa-quruculuq işləri, həmçinin Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatlar və bu təxribatlara qarşı görülən tədbirlər barədə Pakistanın müdafiə nazirinə ətraflı məlumat verib.

Tərəflər birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, o cümlədən qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib, Azərbaycan ilə Pakistan arasında hərbi və hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Xəzər Fərhadov da iştirak edib.

Paylaş:
289

Son xəbərlər

Azərbaycanlı kinorejissor XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində üstad dərsi keçirib - FOTO30 / 09 / 2023, 23:06Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilib - FOTO30 / 09 / 2023, 22:33Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO30 / 09 / 2023, 18:24Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub30 / 09 / 2023, 18:12XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümu ilə bağlı bəyanat yayıb30 / 09 / 2023, 18:07Özbəkistanda TÜRKSOY-un tədbirində Qənirə Paşayeva anıldı: “Türk dünyası üçün böyük itkidir”30 / 09 / 2023, 17:56Bu gün Bakının 547 küçəsi yuyulub30 / 09 / 2023, 17:45Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB30 / 09 / 2023, 17:23Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir30 / 09 / 2023, 17:11“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib30 / 09 / 2023, 16:52Türkiyə XİN: “Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir”30 / 09 / 2023, 16:35Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib30 / 09 / 2023, 16:26Prezident: Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir30 / 09 / 2023, 16:22Prezident Si Cinpini təbrik edib30 / 09 / 2023, 16:06Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb30 / 09 / 2023, 15:47Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar30 / 09 / 2023, 15:33İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub30 / 09 / 2023, 15:21Baş prokurorluq: Sülh, insanlıq əleyhinə cinayətlər törədən Davit Babayan və Lyova Mnatsakanyan məsuliyyətə cəlb edilib30 / 09 / 2023, 15:09Ağdərədə silah-sursat və döyüş texnikası müsadirə edilib30 / 09 / 2023, 14:59Sumqayıt şəhərinin, Binəqədi və Abşeron rayonlarının sərhədləri müəyyənləşdiriləcək30 / 09 / 2023, 14:43
Bütün xəbərlər

Next TV