Azərbaycan MN: “Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan MN: “Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib”

Qafar Ağayev11:45 - 02 / 09 / 2023
Azərbaycan MN: “Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib”

Sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bu stansiyadan Ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurdu.

Paylaş:
288

Son xəbərlər

Bütün xəbərlər