Yoqa ilə məşğul olan insanların öldüyünü düşünüb və kütləvi qətl barədə məlumat verdi
İngiltərədə İngiltərənin şərqindəki Linkolnşir əyalətində kafeyə gedən şəxs yerdə hərəkətsiz uzanan insanları görüb və polisə zəng edərək kütləvi qətl hadisəsi barədə məlumat verib.
1news.az xəbər verir ki, hadisə yerinə operativ polis dəstələri gəlib.
Məlum olub ki, qeyd olunan yerdə yoqa dərsləri keçirilir. Lincolnshire Polisi hər kəsin təhlükəsiz və yaxşı olduğunu təsdiqləyərək, məlumatla bağlı araşdırma başlatmayacaqlarını və zəngin "xeyirxah niyyətlə" edildiyini açıqlayıb.
392