Birləşmiş Azərbaycan Ukraynalıları İcması Azərbaycan xalqını təbrik edir | 1news.az | Xəbərlər
Siyasət

Birləşmiş Azərbaycan Ukraynalıları İcması Azərbaycan xalqını təbrik edir

Qafar Ağayev17:07 - 21 / 09 / 2023
Birləşmiş Azərbaycan Ukraynalıları İcması Azərbaycan xalqını təbrik edir

Azərbaycandakı Ukrayna diasporu antiterror tədbirlərinin uğurla başa çatması, nəticədə ərazimizdə qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin mühüm hissəsinin məhv edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edir!

1news.az xəbər verir ki, bu barədə Birləşmiş Azərbaycan Ukraynalıları İcmasının Sədri Tamilla Musayevanın yaydığı müraciətdə qeyd olunub.

"Silahlı Qüvvələrimiz öz peşəkarlığı və hərbi məharəti sayəsində Azərbaycanın Qarabağ bölgəsinin mülki əhalisinin təhlükəsizliyini tam təmin etməklə bu son dərəcə çətin vəzifəni cəmi bir gündə yerinə yetirə bildi. Nəticədə xuntanın cinayətkar rejimi təslim oldu və indi qarabağlılar nəhayət ki, rahat nəfəs alıb sülh və əmin-amanlıq şəraitində yaşaya bilirlər.

Bu gün biz Azərbaycan xalqının Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə müasir tariximizin ən mühüm məsələsini - Azərbaycanın suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasını necə həll etdiyinin şahidi olduq.

Növbəti addım Qarabağ sakinlərinin sülh yolu ilə reinteqrasiyasıdır. Bu məqsədlə bu gündən müvafiq danışıqlar prosesi başlayıb. Maraqlıdır ki, bu danışıqlar nə Moskvada, nə Vaşinqtonda, nə də Brüsseldə gedir: onlar Azərbaycanın Yevlax şəhərində aparılır ki, bu da Qarabağ məsələsinin Azərbaycanın müstəsna məsələsi olduğunun əyani təsdiqidir.

Bütün bu uzun illər ərzində Azərbaycan əraziləri Ermənistanın işğalı altında olarkən biz azərbaycanlılar təslim olmadıq və var gücümüzlə çalışdıq, iqtisadiyyatımızı inkişaf etdirdik, hərbi potensialımızı gücləndirdik və eyni zamanda Ermənistanın Qarabağa dair fəaliyyətinin qanunsuzluğunu bütün dünyaya arqumentlərlə sübut etdik.

Biz Ermənistan-Azərbaycan münaqişəsini sülh və diplomatik yolla həll edə biləcəyimizə inanırdıq. Bu məqsədlə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılmışdır və onun əsas vəzifəsi Ermənistan tərəfindən həyata keçirilən işğala son qoymaq olub. Doğrudan da, hamımız gördük: “Minsk” müəyyən qüvvələrin əlində alətə çevrildi. Bizi əmin edirdilər ki, bu münaqişə həll edilə bilməz, biz bu vəziyyətlə barışmalıyıq.

Bu bizi qane edirdi mi? Xeyr, heç bir halda. Başa düşdük ki, Qarabağı özbaşına buraxa bilmərik. Və biz bunu etmədik. Biz Prezidentimizin arxasınca getdik, onun daxili gücünü, bu əbədi problemi nəhayət həll etmək əzmini hiss etdik. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin “dəmir yumruğu” Azərbaycan bayrağını Qarabağa geri qaytardı.

Soydaşlarımızın həyatı bahasına geri qaytardı. Bu gün zəfər anında Azərbaycanın haqqı olanı geri qaytarmaq üçün ən dəyərli varlığını qurban vermiş şəhidlərimizin xatirəsini ehtiramla yad edirik. Onların şücaəti sayəsində biz fəxr və fərəhlə: “Qarabağ Azərbaycandır və nida işarəsi!” deyə bilərik.

Bəzi dövlətlər bizim qanuni olaraq öz torpağımızın sahibi olmaq hüququmuzu şübhə altına qoysalar da, bizə hər cür dəstək və köməklik göstərənlər də oldu. Ukrayna da şübhəsiz ki, bu dövlətlərdən biridir. Qarabağ müharibəsinin ilk günlərindən ukraynalılar bizi sözdə də, əməldə də dəstəklədilər. Dövlətimiz hansı çətinliklərlə üzləşsə də, ukraynalılar həmişə dost dəstəklərini verməyə hazır olublar. Həmişə belə olub və əminəm ki, bundan sonra da belə olacaq.

Xalqlarımız bir çox ümumi cəhətlərə malikdirlər, lakin bizim ən böyük birləşdirici xüsusiyyətimiz doğma suveren torpağımızda dinc yaşamaq üçün qarşısıalınmaz arzumuzun olmasıdır. Bu gün Ukrayna da bir vaxtlar Azərbaycan kimi döyüş meydanında öz müstəqilliyi uğrunda mübarizə aparır. Belə bir mübarizənin bədəli çox yüksəkdir: bu minlərlə həlak olmuş və on minlərlə yaralı şəxs deməkdir.

Və dostlarımız üçün belə çətin bir zamanda biz azərbaycanlılar ukraynalıların ətrafında daha da birləşməliyik, çünki onların qələbəsi xeyirin şər üzərində, həqiqətin yalan üzərində qələbəsidir, bu, nəhayət, bütün sivil demokratik dünyanın qələbəsidir.

Vaxtilə Heydər Əliyev deyirdi ki, “o, hər şeyi edəcək ki, Ukrayna ilə Azərbaycan arasında münasibətlər inkişaf etsin və dərinləşsin, Azərbaycan bundan sonra da qardaş Ukraynanın sadiq dostu və müttəfiqi kimi qalsın”.

Əminəm ki, Ümummilli liderimizin bu sözləri Ukrayna xalqına dəstək məsələsində bundan sonra da bizim üçün bələdçi olacaq. İnanıram ki, tezliklə ukraynalılar da: “Krım, Donetsk, Luqansk, Xerson, Zaporojye Ukraynadır və nida işarəsi!” deyəcəklər.

Yaşasın Azərbaycan! Yaşasın Ukrayna!"

Paylaş:
303

Son xəbərlər

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Gənclərlə İş Agentliyi arasında memorandum imzalandıBu gün, 17:54Metroda ölən şəxs müğənninin atası imiş - FOTOBu gün, 17:52Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkasına 40 rayondan məhsul çıxarılacaqBu gün, 17:48Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 17:32Deputat: “Qızılcaya yoluxmanın artmasının əsas səbəbi vaksinasiyanın aparılmamasıdır”Bu gün, 17:13Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olubBu gün, 17:11Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcəkBu gün, 16:47Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinə yeni şöbə müdiri təyin edilibBu gün, 16:43DTX-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib - SİYAHIBu gün, 16:42“Tiktok” ilə əməkdaşlıq çərçivəsində keçirilən proqramın qalibləri elan olunubBu gün, 16:31Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunubBu gün, 16:29Komitə sədri: “Selektiv abortlara görə dünyada lider olmağımız ürəkağrıdıcı bir faktdır”Bu gün, 16:23İşçilərin hüquqlarını pozan şirkətlər cərimələnibBu gün, 16:17ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - FOTOBu gün, 16:10Agentlik daha 14 müəssisədə nöqsanlar aşkarladı - SİYAHIBu gün, 16:10Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib - VİDEOBu gün, 15:53Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşübBu gün, 15:50Qubada qanunsuz kömür quyusu aşkarlanıbBu gün, 15:19“Nəriman Nərimanov” metrostansiyasında sərnişin vəfat edibBu gün, 15:06Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb - FOTOBu gün, 15:06
Bütün xəbərlər

Next TV