Azərbaycan Prezidenti Qırğızıstanda səfərdədir - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Qırğızıstanda səfərdədir - FOTO

14:55 - 12 / 10 / 2023
Azərbaycan Prezidenti Qırğızıstanda səfərdədir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasında səfərdədir.

1news.az xəbər verir ki, Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər