Dövlət Xidməti: Noyabrda hərraclara 98 əmlak çıxarılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Xidməti: Noyabrda hərraclara 98 əmlak çıxarılacaq

17:41 - 12 / 10 / 2023
Dövlət Xidməti: Noyabrda hərraclara 98 əmlak çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 7-də keçiriləcək hərraca 7 kiçik dövlət müəssisəsi və obyekti, 8 avtomobil çıxarılacaq.

Dövlət Xidmətindən 1news.az-a bildirilib ki, bu dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri və avtomobillər var.

Noyabrın 14-də təşkil olunacaq hərracda iştirakçılara 16 nəqliyyat vasitəsi təklif ediləcək. Avtomobillərin istehsal tarixi 1984-2008-ci illər arasında dəyişir.

Noyabrın 17-də keçiriləcək hərraca "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 32 nəqliyyat vasitəsi çıxarılacaq.

Noyabrın 21-də baş tutacaq hərracda isə 35 nəqliyyat vasitəsi təklif olunacaq. Nəqliyyat vasitələrinin start qiyməti 375 manatla 16 min 200 manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

Paylaş:
351

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər