Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
1news.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,7 dollar artaraq 86,7 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,82 dollar bahalaşaraq 83,73 dollar təşkil edib.
255