Azərbaycan neftinin qiyməti aşağı enib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti aşağı enib

12:06 - 16 / 10 / 2023
Azərbaycan neftinin qiyməti aşağı enib

Ötən həftə ərzində (9-13 oktyabr) dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 93,308 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,308 dollar və ya 1,38% azdır.

1news.az-ın məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 95,06 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 91,11 dollar səviyyəsində olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.

Paylaş:
412

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər