Qəzzada ölənlərə görə Türkiyədə 3 günlük matəm elan olunub | 1news.az | Xəbərlər
Dünya

Qəzzada ölənlərə görə Türkiyədə 3 günlük matəm elan olunub

17:16 - 18 / 10 / 2023
Qəzzada ölənlərə görə Türkiyədə 3 günlük matəm elan olunub

Qəzzadakı müharibədə həyatını itirənlərlə bağlı Türkiyədə 3 günlük matəm elan olunub.

1news.az NTV-yə istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) məlumat yayıb.

Bildirilib ki, Qəzzadakı xəstəxanaya hücumla əlaqədər ölkədə matəm elan olunur. Bu barədə Prezident sərəncam imzalayıb.

Sabah bir çox yerlərdə bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, Qəzzadakı xəstəxanaya dünən hücum olub. Hadisə nəticəsində 400-dən çox adam ölüb. HƏMAS və İsrail bir-birilərini ittiham edirlər.

Paylaş:
772

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər