“Buna biganə qalan insanlığa lənət olsun” | 1news.az | Xəbərlər
Dünya

“Buna biganə qalan insanlığa lənət olsun”

14:31 - 20 / 10 / 2023
“Buna biganə qalan insanlığa lənət olsun”

Türkiyəli məşhur müğənni Ajda Pekkan Fələstin-İsrail münaqişəsinə münasibət bildirib.

1news.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. Pekkan paylaşımında Fələstinə dəstək olduğunu ifadə edib:

"Ərəb-İsrail müharibələri ilə başlayan və yarım əsrdir davam edən, indi isə sülh və əmin-amanlıq içində yaşayacaqlarını umduğumuz halda şiddəti getdikcə artan zorakılığa və qətliama lənət diləyirəm. Doğulduqları torpaqlar qədərləri olan milyonlarla çarəsiz insan adından vəziyyəti bu nöqtəyə gətirən, öz ambisiyaları, maraqları naminə müdaxilə etmək gücü olub da susan, biganə qalan insanlığa lənət olsun. Çox üzr istəyirəm, xəbərlərə baxdıqca ürəyim sıxılır, insan kədərlənməkdən yorulanda necə olursa, elə hiss edirəm.

Fələstində baş verənlər, dünyanın gözü qarşısında edilən qətliam, hətta soyqırımı qəbuledilməzdir. Təəssüflənməkdən, qınamaqdan, lənətləməkdən başqa əlimizdən heç bir şeyin gəlməməsi də çox kədərlidir. Allah bütün günahsız insanlara kömək olsun. Dualarımız onlarladır. Onları bu ağrıya və acıya layiq bilən insan övladları əlbəttə bəşəriyyət tarixində qara ləkə kimi səhifələrə düşəcək".

Paylaş:
581

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər