BQXK Qəzzaya humanitar yardım və tibbi heyət göndərib | 1news.az | Xəbərlər
Dünya

BQXK Qəzzaya humanitar yardım və tibbi heyət göndərib

15:27 - 27 / 10 / 2023
BQXK Qəzzaya humanitar yardım və tibbi heyət göndərib

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qəzzaya humanitar yardım göndərib.

1news.az xəbər verir ki, bu barədə BQXK-nın "X" hesabında məlumat verilib.

"Karvanımız Rəfah keçid məntəqəsindən keçərək Qəzzaya girib.
Biz təcili humanitar yardım daşıyan 6 yük maşını ilə yanaşı, hərbi cərrahiyə qrupu da daxil olmaqla, tibbi personal göndəririk", - BQXK bildirib.

Qeyd olunub ki, Qəzzaya tibbi materiallar, 5000 nəfərə qədər şəxs üçün nəzərdə tutulan hərbi cərrahiyə alətləri və 50 min litr içməli su üçün sutəmizləmə qurğusu göndərilib.

Paylaş:
762

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər