“Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması regionun maraqlarına uyğundur” | 1news.az | Xəbərlər
Dünya

“Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması regionun maraqlarına uyğundur”

10:16 - 27 / 10 / 2023
“Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması regionun maraqlarına uyğundur”

"Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması daha geniş dünyanın maraqlarına cavab verir".

1news.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib.

"Biz düşünürük ki, sülhün əldə olunması iki tərəfin (Azərbaycan və Ermənistan -red.) maraqlarına uyğundur,. Bu, regionun maraqlarına uyğundur. İki tərəf arasında sülh sazişinin əldə olunması daha geniş dünyanın maraqlarına cavab verir və biz bu istiqamətdə işləməyə davam edəcəyik", - Miller bildirib.

Paylaş:
665

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər