Qəzza zolağında ölənlərin sayı 8525 nəfərə çatıb | 1news.az | Xəbərlər
Dünya

Qəzza zolağında ölənlərin sayı 8525 nəfərə çatıb

15:38 - 31 / 10 / 2023
Qəzza zolağında ölənlərin sayı 8525 nəfərə çatıb

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 8525 nəfərə çatıb.

1news.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl Qudra bildirib.

Məlumatda həmçinin qeyd olunub ki, Qəzzaya endirilən zərbələrdən 3542 nəfər uşaq, 2187 nəfər qadın həyatını itirib. Yaralananların sayının isə 21543 nəfər olması qeyd olunub.

Qeyd edək ki, HAMAS-ın İsrailə hücumu nəticəsində 1538 nəfərdən çox israilli həlak olub.

Paylaş:
889

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər