Taleh Kazımov: “76 milyonun 61 milyonu 1 nəfərindir”
“Ləğv prosesində olan “Muğanbank”da sığortasız əmanət təxminən 102 milyon manatdır”.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
Sədr qeyd edib ki, 102 milyon sığortasız əmanətin 76 milyonu fiziki şəxslərindir:
“76 milyonun da 61 milyonu bir nəfərindir. Yerdə qalan 24 milyon hüquqi şəxslərin pullarıdır. Onun da 50 faizi 2 şirkətindir. Buna görə də "Muğanbank"ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir etmir”.
500